AZ

Telefonu bu formada doldurmayın  – Səhv edirsiniz

1c51cf72a7a28f56e2602efb6e40fa90.jpg
30.04.2024 22:40

Mobil cihazları doldurmağın iki əsas yolu var.

 

TED.az xəbər verir ki, bunlardan biri “rozetka”dan doldurulmadır. Bu ən düzgün yanaşmadır. 

 

Ancaq bəzi insanlar tez-tez USB portu olan cihazlardan istifadə edirlər. Başqa sözlə, mobil telefon noutbukdan, stolüstü kompüterdən və ya televizordan doldurulur. Ancaq bu üsuldan qaçmaq məsləhətdir.

 

Smartfonu noutbukdan doldurmaq niyə pisdir?

 

Birinci çatışmazlıq ondan ibarətdir ki, bu vəziyyətdə şarjın doldurulması prosesi çox yavaşlayır.

 

Birbaşa “rozetka”dan mobil cihazınız daha sürətli doldurulacaq.

 

İkinci çatışmazlıq isə telefonunuzu digər cihazlardan tez-tez dolduran zaman batareyanın vəziyyəti ciddi şəkildə pisləşməsi ilə bağlıdır.

 

Buna görə qadcetin batareya səviyyəsini bərpa etmək üçün noutbuk və ya masaüstü kompüterdən istifadə etməyə dəyməz.

 

Yalnız son çarə kimi  smartfonunuzu təcili olaraq doldurmaq lazımdırsa, noutbukla sarj etmək məsləhətdir. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox