AZ

“Lamborgini” ilk hibrid avtomobilini təqdim etdi

 
 

872359594464c98ee934b7d1ecad3f9b.jpg
01.05.2024 16:57

“Lamborghini” şirkəti hibrid güc sisteminə malik ilk “Urus SE” avtomobilini təqdim edib.

 

TED.az xəbər verir ki, bu barədə İtaliyanın avtomobil istehsalçısı şirkətinin mətbuat xidməti məlumat yayıb.

 

Yeni avtomobilin güc sistemi elektrik mühərrikli transmissiyaya malik 4 litrlik V8 mühərrikindən ibarətdir. “Urus SE” birinci yüz metri 3,4 saniyəyə, ikinci yüz metri isə 11,2 saniyəyə qət edə bilir. Avtomobil maksimum 312 km/saat sürət yığmaq gücündədir.

 

Dartma elektrik batareyası 25,9 kVt/saat həcmə malikdir. Akkumulyator elektrik dartma qüvvəsindən istifadə etməklə 60 km-ə qədər məsafə qət etməyə imkan verir.

 

Dizayn olaraq yenilənmiş ön hissə, bamperlər, diffuzor və optika ilə fərqlənir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox