AZ

Dayanacaqda içərisində noutbuk olan çanta - OĞURLANDI

3163f367cc0ad27eba796101e1c65a14.jpg
01.05.2024 17:20

Bakıda dayanacaqda içərisində 4 min manatlıq noutbuk olan çanta oğurlanıb.

 

TED.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Nizami rayonu ərazisində yerləşən dayanacaqda bir nəfər şəxsin içərisində 4000 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub.

 

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Adəm Əhmədov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox