AZ

Yaponiyada 5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi

 

5a0f404c5a95579a6dee780346b7ad22.jpg
03.05.2024 10:00

Dünyanın ən sürətli interneti Yaponiyada sınaqdan keçirilib. Yeni cihaz 5G-dən 500 dəfə sürətli olan yüksək sürətli 6G məlumat ötürmə standartını dəstəkləyir.

 

TED.az xəbər verir ki, bu barədə “LiveScience” məlumat yayıb.

 

Məlumata görə, sınaq zamanı qəbuledici və ötürücü arasında təxminən 90 metr məsafədə 100 Gbit/s təsirli internet sürətinə nail olmaq mümkün olub:

 

“100 Gbit/s sürəti bir saniyədə təxminən beş filmi HD ilə ötürməyə imkan verir. Bu sürət ABŞ-da T-Mobile şəbəkəsindəki smartfonlardakı 5G qoşulma sürətindən 500 dəfə yüksəkdir”.


Zeynəb Əkbər

Dünya bölməsindən digər xəbərlər

Daha çox