AZ

Elektron Təhlükəsizlik Xidmətinə 2 yeni xidməti avtomobil veriləcək

32b4b0c8de7b23db0d06704e1aa06559.png
02.05.2024 19:20

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

 

TED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə 2 ədəd xidməti minik avtomobili veriləcək.

 

Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının xidməti minik avtomobillərinin sayı isə 5-dən 7-yə çatdırılıb

TED + bölməsindən digər xəbərlər

Daha çox