AZ

“SpaceX” kosmosa uçuşlar üçün bilet satışına başlayıb

 

5eed4937328d4b0a6df94c1a6fde79df.png
02.05.2024 20:57

“SpaceX” kosmosa uçuşlar üçün bilet satışına başlayıb. Bu barədə amerikalı milyarder İlon Maskın şirkətinin saytında deyilir.

 

Beləliklə, potensial turistlər Aya, Marsa, Beynəlxalq Kosmik Stansiyaya (BKS) və Yer orbitinə gedə biləcəklər. Missiyalar “Dragon” və “Starship” gəmiləri ilə həyata keçiriləcək.

 

Uçuş vaxtları hələki yalnız iki istiqamət üçün məlumdur. 2024-cü ilin sonunda Yer orbitinə, 2025-ci ildə isə BKS-ə çıxmaq mümkün olacaq. Səyahətçilər skafandr, sensor əlcəklər və dəbilqə alacaqlar.

 

Beynəlxalq Kosmik Stansiyaya (BKS) “tur” on günə qədər davam edəcək və dörd sərnişin üçün nəzərdə tutulacaq.

 

Uçuş xərcləri göstərilmir. “Reddit” və “X” istifadəçiləri bu haqda belə zarafat edirlər: “Əgər qiymətə ehtiyacınız varsa, missiyaya pulunuz çatmayacaq”. “Bloomberg”ə görə, daha əvvəl “SpaceX” ilə uçmuş turistlər hər biri 55 milyon dollar ödəyiblər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox