AZ

“PashaPay”də yeni təyinat

 

f7c1a1b4d65b453226f33848b53960ca.png
02.05.2024 21:20

“PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətində (“PashaPay” və ya “PashaPay” MMC) yeni təyinat olub.

 

TED.az xəbər verir ki, Mirşahin Ağayev “PashaPay” MMC-nin Maliyyə Departamentinin direktoru vəzifəsini icra edicisi təyin edilib.

 

O, buna qədər “PashaPay”də Maliyyə hesabatları və təhlili şöbəsinin müdiri kimi çalışıb.

 

PashaPay, “xalq brendi” kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Hazırda əhali bütün ölkə üzrə yayılmış 5500-dən çox MilliÖN terminalı vasitəsilə 700-dən çox xidmətdən istifadə etməklə ödənişlərini həyata keçirir.

TED + bölməsindən digər xəbərlər

Daha çox