AZ

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb - FOTO

ed2248503970eafa661f6a8827f575bb.jpg
03.05.2024 11:20

Mayın 2-də Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərdə keçirdikləri tədbirlər nəticəsində 5 obyektdə xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsindəki mağazalardan birindən 73 soyuq silah hesab edilən bıçaq aşkarlayıblar.

 

Eyni tədbirləri polis əməkdaşları paytaxtın Nərimanov və Xəzər rayonlarında da həyata keçiriblər. Həmin rayonların ərazisindəki 4 mağazadan 126 insan sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər kəsici alətlər götürülüb.

 

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox