AZ

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili barədə qərar verilib, Nizamnaməsi təsdiqlənib

 
 

b93954f5377fc63ad31c4d63306c11de.jpg
03.05.2024 14:20

Baş nazir Əli Əsədov Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

 

TED.az xəbər verir ki, qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

 

Qərarla “Naxçıvan Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edilib.

 

Azərbaycan Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox