AZ

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

 

fabf608350d09ae50251e7f8d485c5d7.jpg
03.05.2024 17:20

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirirlər.

 

Nazirliyin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanaraq zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

 

Həyata keçirilən tədbirlər nəticəsində aprelin 27-dən mayın 3-dək polis əməkdaşları tərəfindən yalnız Xankəndi şəhəri ərazisindən 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 müxtəlif çaplı patron, 1 qutu trotil, 27 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox