AZ

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

 

9e75b7033522739838e83ebcffa2728f.jpg
03.05.2024 17:40

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib.

 

İdarənin mətbuat xidmətindən TED.az-a verilən məlumatda deyilir: “Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin sayının gündən-günə artmasının böyük təsiri var.

 

Nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.

 

Dünyada, eləcə də ölkəmizdə daxiliyanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80 faizdir.

 

Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

 

DYP bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.

TED + bölməsindən digər xəbərlər

Daha çox