AZ

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

 

57b34865e26f4a9de54d36a9e66512b9.jpg
03.05.2024 19:57

“Google” rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb.

 

Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında “Government” və ya “Dövlət Qurumu” qeydinin olmasına diqqət edilməlidir.

 

Hazırda yenilik Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, Kanada, Meksika, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiyada hökumət proqramları üçün işləkdir. Müvafiq işarəni NASA, FEMA, IRS2Go və başqalarının tətbiqlərində tapmaq olar.

 

Mənbə: Gazeta.ru

Dünya bölməsindən digər xəbərlər

Daha çox