AZ

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib - FOTO

 

42ae642f7074173e8a31847eba628b3f.jpg
08.05.2024 16:57

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 473 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 356 milyon manat, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib.

 

Bu ilin 4 ayında 50 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 620 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox