AZ

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

 

5ed00ab96b35112cacc8b7d371c33142.jpg
30.04.2024 13:35

Mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18, arabir 20-23 metr olacağı, mayın 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 metrədək güclənəcəyi gözlənilir.

 

Bu barədə TED.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, mayın 5-i səhərədək fasilələrlə yağıntılı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır.

 

Qərb küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq, mayın 2-də gündüz bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3-də və 4-də tədricən 4-8° enəcək.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

 
 

TED + bölməsindən digər xəbərlər

Daha çox