AZ

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

 

99924ea94e5356fb4144384223c1f3ad.jpg
30.04.2024 15:40

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovla Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.

 

MEDİA-dan TED.az-a bildirilib ki, görüşdə Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb, cəmiyyətin, eləcə də media subyektlərinin və jurnalistlərin sığorta sektoru ilə bağlı məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb.

 

Elmar Mirsalayev isə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib, birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.

 

Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və münasibətlərin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox