AZ

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

 

dee5f7a4b00d66581d82966bbb437120.jpg
30.04.2024 16:40

Aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 müxtəlif çaplı patron təhvil götürüblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan beş müxtəlif markalı tüfəng aşkarlanaraq götürülüb.

 

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

TED + bölməsindən digər xəbərlər

Daha çox