AZ

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

 

faaf6008f8b0fd98c594f3eb4d3cfc07.jpg
30.04.2024 16:57

“Qatar Airways” aviaşirkəti Dubayda süni intellekt texnologiyası ilə təchiz edilmiş dünyada ilk insanabənzər stüardessa nümayiş etdirəcək.

 

TED.az xarici mediaya istinadla xəbər verir ki, robot stüardessaya “Arabian Travel Market” beynəlxalq turizm sərgisində rast gəlmək olar.

 

Sama 2.0 robot stüardessa real vaxt rejimində suallara cavab verir, səyahətçilərə səfəri planlaşdırmağa kömək edir, eləcə də aviaşirkətin fəaliyyəti barədə tez-tez verilən suallara cavablandırır.

 

Sərginin ziyarətçiləri, həmçinin Sama 2.0 ilə aviaşirkətin “QVerse” rəqəmsal platforması və onun tətbiqi vasitəsilə virtual şəkildə qarşılıqlı əlaqə yarada bilər.

 

Cari ildə “Arabian Travel Market” (ATM) mayın 6-dan 9-dək Beynəlxalq ticarət mərkəzində keçiriləcək Yaxın Şərqdə daxili və xarici turizm sahəsində ən böyük biznes-sərgidir.

 

Sərgini hər il turizm şirkətlərinin nümayəndələri, hökumət adamları, jurnalistlər və bloqerlər ziyarət edirlər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox