AZ

Kinoda kompüter make up-ı – qadınların xəyal etmədiyi makiyaj - VİDEO

8985c17a9fe8f7dd198f482b30fed21f.jpg
09.12.2019 14:20

Demək olar ki, bütün qadınlar "ma" nə olduğunu bilir. Tərcümədə “make up” etmək - sadəcə üzü qaydaya salmaq deməkdir, yəni makiyaj etmək.

 

TED.az xəbər verir ki, kinoda kompüterin xüsusi effektləri sahəsində öz “make up”ı da var. Xeyr, bu qrim deyil, kompüter vasitəsilə olunan “make up”dır. Bunun vasitəsilə həm eybəcərlik effekti, həm də tam fərqli bir obraz yaratmaq mümkündür. Yekəburun Volandemortu buna misal çəkmək olar. Hər çəkilişdən sonra onun burnuna kompüter vasitəsilə “makiyaj” ediblər.

 

Üzdəki nöqtələr isə sonradan onlara uygun şəkildə 3D makiyajını ideal şəkildə yerinə qoymaq üçün kömək edir.

 

Kombinə olunmuş çəkilişlər, hərəkətlilik, kompozisiya və sadə 3D kompüter qrafikası - orta istifadəçi üçün bunlar fərqli proses ola bilər, lakin ekranda hər şey öz qaydasında görünür. Harada, nə, necə olduğunu, necə bağlandığını, dəyişdirdiyini və yerinə qoyulduğunu görməyincə, bunların necə qaydaya salındığını təxmin etmək çox çətin olur.

 

Buna ən parlaq nümunə “Benjamin Battonun sirli hekayəsi” filmini misal göstərmək olar. Filmə baxarkən bütün bunların necə olduğunu anlamaq çətindir. Hər şey çox realdır. Lakin sonra məlum olur ki, baş rolda Bred Pitin ekranda görünən başı filmin çox hissəsində kompüter vasitəsilə düzəldilibmiş. Hətta ingilis dilini yaxşı bilməyənlər üçün bu çarxı axıradək izləmək kifayətdir ki, hər şey aydın olsun:

 

Budur  kompüter “make up”ı – qadınların heç xəyal etmədikləri makiyaj!

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox