AZ

Huawei Mate 30 Pro Azərbaycana nə vaxt gətiriləcək? – AÇIQLAMA

c6f09aa8b76366befda34b0f8127feb6.png
09.12.2019 14:35

Məlum olduğu kimi bu yaxınlarda Çinin texnologiya nəhəngi “Huawei” “Mate 30 Pro” modelini təqdim edib.

 

TED.az-ın əməkdaşı modelin ölkəmizə nə vaxt gətiriləcəyi və qiyməti barədə məlumat əldə etmək üçün şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlayıb.

 

Şirkətin meneceri Emil Yerohim açıqlamasında bilirib ki, sözügedən modelin Azərbaycana gətiriləcəyi vaxt məlum deyil: “Hələ ki, bu barədə dəqiq məlumat yoxdur. Amma smartfon Azərbaycana gələn ildən tez gətirilməyəcək”.

 

Şirkət nümayəndəsi əlavə edib ki, Huawei məhsulları başqa ölkələrə mərhələli şəkildə çatdırır, Huawei Mate 30 Pro Azərbaycana gətiriləndə ictimaiyyətə məlumat veriləcək.  

 

Qeyd edək ki, Android 10 əməliyyat sistemi vasitəsilə çalışan 8 GB operativ, 256 GB daxili yaddaşa malik smartfon 1099 avrodan başlayan qiymətlə satışa çıxarılıb. Cihazın 5G dəstəkli versiyası isə 1199 avro qiymətində satılacaq.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox