Adınızın seçici siyahısında olub-olmadığını necə yoxlaya bilərsiniz? – TEDassistant
Bilirik ki, 23 dekabr tarixində bələdiyyə, 09 fevral 2020-ci il tarixində isə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hər bir vətəndaş üçün mühüm əhəmiyyət kəsb edən bu hadisənin gedişatı ilə bağlı bir çox sualların yaranacağı qaçılmazdır.
Məsələnin aktuallığını nəzərə alaraq, bu dəfə TEDassistant rubrikasında Mərkəzi Seçki Komissiyasının bir neçə elektron xidmətlərindən bəhs edəcəyik.
Bu xidmətlərdən istifadə üçün ilk növbədə “Elektron Hökumət” (www.e-gov.az) portalına daxil olaraq, Mərkəzi Seçki Komissiyası sətrini seçmək lazımdır. Aşağıdakı şəkildə göründüyü kimi qarşınıza Komissiya tərəfindən təqdim olunan e-xidmətlər siyahısı çıxacaq.
İlk olaraq Onlayn müraciət haqqında təlimatı diqqətinizə çatdıraq.
Bunun üçün müvafiq olaraq “Onlayn müraciət” bölməsini seçin. Açılan pəncərədəki uyğun xanalarda soyadınızı, adınızı, ata adınızı, ölkə, şəhər/rayon, ünvan, əlaqə vasitənizi və elektron poçtunuzu, müraciətin növünü, mətnini və sonda əks olunan təhlükəsizlik kodunu qeyd edin. Xüsusi işarədən istifadə edərək özünüzə uyğun variantı seçə bilərsiniz.
Əməliyyatın yerinə yetirilməsi üçün müvafiq xanaları qeyd edib göndər düyməsini klikləyin.
Seçicilər tərəfindən daha bir ehtiyac duyulan xidmət “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”dır.
İstifadə qaydalarına gəlincə isə bu bölməni seçdikdən sonra müvafiq xanalarda soyadınızı, adınızı, ata adınızı qeyd edin. Doğum tarixini, cinsinizi və dairənizi xüsusi işarədən istifadə etməklə seçin. Əgər dairənizi bilirsinizsə seçin, əks təqdirdə boş saxlayın.
Daha sonra “Axtar” düyməsini klikləyin.
Vətəndaşları maraqlandıran daha bir məqam Dairə və məntəqə ünvanlarının axtarışıdır.
Bu xidmət vasitəsilə seçici təyin olunmuş dairə və məntəqə ünvanlarının axtarışını həyata keçirə bilər.
Bunun üçün əvvəlcə sözügedən xidməti seçin.
Açılan pəncərədəki müvafiq xanalarda xüsusi işarədən istifadə etməklə dairəni və məntəqəni qeyd edin.
Daha sonra “Axtar” düyməsini klikləyin.
Beləcə sizə lazım olan məlumatı əldə etmiş olacaqsınız.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Həftənin ən çox oxunanları
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



