AZ

Adınızın seçici siyahısında olub-olmadığını necə yoxlaya bilərsiniz? – TEDassistant

83a7691816cc602e0f3066ac5fc55301.jpg
09.12.2019 19:00

 

Bilirik ki, 23 dekabr tarixində bələdiyyə, 09 fevral 2020-ci il tarixində isə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hər bir vətəndaş üçün mühüm əhəmiyyət kəsb edən bu hadisənin gedişatı ilə bağlı bir çox sualların yaranacağı qaçılmazdır.

 

Məsələnin aktuallığını nəzərə alaraq, bu dəfə TEDassistant rubrikasında Mərkəzi Seçki Komissiyasının bir neçə elektron xidmətlərindən bəhs edəcəyik.

 

Bu xidmətlərdən istifadə üçün ilk növbədə “Elektron Hökumət” (www.e-gov.az)  portalına daxil olaraq, Mərkəzi Seçki Komissiyası sətrini seçmək lazımdır. Aşağıdakı şəkildə göründüyü kimi qarşınıza Komissiya tərəfindən təqdim olunan e-xidmətlər siyahısı çıxacaq.

 

İlk olaraq Onlayn müraciət haqqında təlimatı diqqətinizə çatdıraq.

 

Bunun üçün müvafiq olaraq “Onlayn müraciət” bölməsini seçin. Açılan pəncərədəki uyğun xanalarda soyadınızı, adınızı, ata adınızı, ölkə, şəhər/rayon, ünvan, əlaqə vasitənizi və elektron poçtunuzu, müraciətin növünü, mətnini və sonda əks olunan təhlükəsizlik kodunu qeyd edin.  Xüsusi işarədən istifadə edərək özünüzə uyğun variantı seçə bilərsiniz.

 

Əməliyyatın yerinə yetirilməsi üçün müvafiq xanaları qeyd edib göndər düyməsini klikləyin.

 

Seçicilər tərəfindən daha bir ehtiyac duyulan xidmət “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”dır.

 

İstifadə qaydalarına gəlincə isə bu bölməni seçdikdən sonra müvafiq xanalarda soyadınızı, adınızı, ata adınızı qeyd edin. Doğum tarixini, cinsinizi və dairənizi xüsusi işarədən istifadə etməklə seçin. Əgər dairənizi bilirsinizsə seçin, əks təqdirdə boş saxlayın.

 

Daha sonra “Axtar” düyməsini klikləyin.

 

Vətəndaşları maraqlandıran daha bir məqam  Dairə və məntəqə ünvanlarının axtarışıdır.

 

Bu xidmət vasitəsilə seçici təyin olunmuş dairə və məntəqə ünvanlarının axtarışını həyata keçirə bilər.

 

Bunun üçün  əvvəlcə sözügedən xidməti seçin.

 

Açılan pəncərədəki müvafiq xanalarda xüsusi işarədən istifadə etməklə dairəni və məntəqəni qeyd edin.

 

Daha sonra “Axtar” düyməsini klikləyin.

 

Beləcə sizə lazım olan məlumatı əldə etmiş olacaqsınız.

 

Günel QURBANOVA

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox