AZ

Microsoft Windows 10-u 1909 versiyasına qədər avtomatik olaraq yeniləməyə başladı

afbab179a1ac3dbb03fe322b9b6547b2.jpg
09.12.2019 23:52

Microsoft 12 noyabrda dövriyyəyə buraxdığı böyük Windows 10 November 2019 Update yeniləməsini yayımlamağa başlayıb, lakin bundan əvvəl də həmin yenilənməni şirkətin serverindən birbaşa yükləmək mümkün idi.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, indi yenilənmə avtomatik olaraq yayılır. Windows 10 Home və Windows 10 Pro istifadəçiləri onu quraşdıra bilərlər, həm də Noyabr 2019 Update (1909 versiyası) yeniləmə üçün tövsiyə edilir, çünki keçmiş 1809 versiyası gələn il mayın 12-dən başlayaraq dəstəklənməyəcək. 

 

Windows 10-un yeni versiyasına qədər yeniləmə tələsik olmadan baş verəcək ki, səhvlər aşkar edildikdə maksimum tez düzəltmək mümkün olsun.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox