AZ

Chery şirkəti ucuz Jetour X70M krossoverini istehsal etdi

82022feb5c981790dc2fd117049f53ec.jpg
10.12.2019 13:52

Çinin avtomobil nəhəngi Chery tezliklə Jetour X70 krossoverinin büdcə komplektləşməsinin buraxılacağını elan edib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, istehsalçı ucuz yolsuzluğu Jetour X70M adlandırıb. Unikal modifikasiyanı xüsusi radiator barmaqlığı, təkmilləşdirilmiş bamperlər, genişləndirilmiş disklər, həmçinin modernləşdirilmiş eqzoz sistemindən müəyyən etmək çətin olmayacaq. Bundan savayı, baş optika krossover orijinal versiyaya nisbətən bir qədər sadələşdirilib.

 

Avtomobilin texniki parametrlərindən məlumdur ki, burada 156 at gücünə malik  olan 1,5 litrlik benzin mühərriki quraşdırılıb. Model 5-7 yerlik salonla satışa çıxarılacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox