AZ

iOS əməliyyat sistemi üçün e-sosial mobil tətbiqi istifadəyə verildi

21d00e7d76768512d6af3b4ca59f155f.png
10.12.2019 14:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalının məlumat bazası əsasında bu günlərdə 6 yeni “e-arayış” xidməti təqdim edilib.

 

TED.az xəbər verir ki, bu barədə müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün elektron təyinat sistemlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məlumat verib.

 

 

Nazir müavini bildirib ki, bununla nazirliyin “e-arayış” xidmətlərinin sayı 8-ə çatıb: “Dekabr ayının sonuna qədər bu göstərici 15-ə çatdırılacaq. 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən “e-sosial” portalının “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. Artıq bu gündən İOS əməliyyat sistemi üçün "e-sosial" mobil tətbiqi mexanizmi də işə salınır. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox