Vüsal Qasımlı: Azerp.az portalı sahibkarlığın inkişafına dəstək verəcək
“Azərbaycanda rəqəmsal transformasiya hakimiyyətin qolları, maliyyə-bank sektoru və iri müəssisələrdə daha sürətlə gedir”.
TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Vüsal Qasımlı bildirib ki, kiçik və orta biznesin real vaxt rejimində resurslarının planlaşdırılması üçün www.azerp.az portalı yeni imkanlar təqdim edir: “Sahibkarlar ERP proqram təminatından istifadə etməklə marketinq, müştəri əlaqələri, layihə idarəetməsi, insan resursları, mühasibat, anbar təsərrüfatı, satınalmalar, istehsalat kimi fəaliyyətləri vahid bir sistem vasitəsilə idarə edəcəklər. Beləliklə, ERP-nin tətbiqi ilə müəssisələrimiz idarəetmənin səmərəliliyini artıracaq, resurslara qənaət edəcək, kibertəhlükəsizliyi gücləndirəcək və ən əsası daha rəqabətqabiliyyətli olacaqlar. İİTKM-in digər layihələri – Azexport.az, Enterpriseazerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı birlikdə www.azerp.az portalı ilə bir ekosistem şəklində sahibkarlığın inkişafına dəstək verəcəklər”.
“Eyni zamanda İİTKM digər dövlət qurumları, innovativ şirkətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək kiçik və orta biznesin rəqəmsal transformasiyasını dəstəkləyəcəkdir. Bu yolla müəssisə səviyyəsində strategiya və texnologiyaların uğurlu vəhdətini vermək mümkündür”,-deyə Mərkəz direktoru qeyd edib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















