AZ

Ermənilər Feysbukda yüksək rütbəli zabitlərimizlə dostluq edir – hərbi ekspert xəbərdarlıq etdi

78a4dd829798baed6ac806f4ce320e56.png
10.12.2019 15:23

“Hərbçi dostlar, diqqətli olun. Bu adamın dostları sırasında bir neçə ehtiyatda olan yüksək rütbəli hərbçini də gördüm. Bu profil ehtimal ki, Rusiyada yaşayan hansısa erməniyə məxsusdur. Profilin yeni olması bu şəxsin ortaya yeni və yeni məqsədlərlə çıxdığını deməyə əsas verir”.

 

TED.az xəbər verir ki, bu sözləri hərbi ekspert Rəşad Süleymanov özünün Feysbuk səhifəsində yazıb.

 

 

Rəşad Süleymanov bildirib ki, sözü gedən şəxs özünü Andrey Bondarenko kimi təqdim edir: “Andrey Bondarenko imzasıyla keçən həftə APN.RU saytında bir yazı yayımlanıb. Araşdırma apardım, belə bir ad-soyadlı jurnalist və ya analitikin başqa bir yazısına rast gəlmədim. Bu da insanın feyk olduğu qənaətimi artırır. Adam ağlına gələni qatıb bir-birinə. Sərsəmləmələrini araşdırma adıyla “sırıyıb”. İndi də sosial şəbəkədə tənqidi fikirlər bildirən, hökumətdən inciyən, bu kimi şəxslərə, xüsusilə ehtiyatda olan hərbçilərə dostluq göndərir, səhifəsində paylaşdığı bu qaralamaya diqqət yönəltməyə, onların vasitəsi ilə bunu sosial şəbəkədəki azərbaycanlılar arasında ictimailəşdirməyə çalışır. Diqqətli olun, adam bizim dilimizi də yaxşı bilir”.

 

 

Ekspert hesab edir ki, ermənilər hərbi informasiya cəbhəsində yenidən aktivləşiblər: “Hələ 3-4 ay əvvəl yazmışdım, demişdim. İndi o dediklərimizi görürük. Ermənilər artıq hərbi informasiya cəbhəsində yenidən aktivləşiblər. Bu dəfə dövlətinə, millətinə bağlı, sözü və əməli bir olan komandirlər hədəfə alınır. Özü də xarici media üzərindən”.

TED + bölməsindən digər xəbərlər

Daha çox