AZ

Yeni Rolls-Royce Phantom yeddi metrlik limuzinə çevrildi – 3 milyon dollar

f89e7c5bb5b09b14ba3c431a177f1444.jpg
10.12.2019 19:00

 

Almaniyanın Klassen brendi unikal 7 metrlik Rolls-Royce Phantom zirehli limuzininin yeni render şəkillərini nümayiş etdirib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, rəssamlar Rolls-Royce Phantom EWB-ni əsas götürüb onda ciddi dəyişikliklər ediblər. Təklif olunan nüsxə stabil olaraq 5,45 və 7,62 mm kalibrli avtomat atəşinə tab gətirə bilər. Bundan başqa, limuzinin altında baş verə biləcək bəzi partlayışlar da avtomobil üçün heç bir kədərli nəticələrə gətirib çıxarmaya bilər.

 

Yenilənmələr arasında təkmilləşdirilmiş asma tavan, qabaqcıl audio sistem və quraşdırılmış iMac kompüteri də göstərilir. Limuzinin kapotunun altında 571 at gücündə olan 6,75 litrlik benzin aqreqatı quraşdırılıb. Təqribi qiymət təxminən 3 milyon avro təşkil edəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox