AZ

Milli antivirus proqramının yaradılması istiqamətində işlər davam edir – AÇIQLAMA

0892a51b1c8b6927f81fda0d6f6b8365.jpg
10.12.2019 17:31

Azərbaycanda milli antivirus proqramının yaradılması istiqamətində işlər davam edir.

 

Bu barədə TED.az-a etibarlı mənbədən məlumat verilib.

 

Proqramın istifadəyə veriləcəyi tarix hələ dəqiqləşməyib.

 

Antivirusun yaradılmasında əsas məqsəd bu sahədə milli resursun olmasıdır. Bu, ölkəmizi təhdid edən internet viruslarını analiz etməyə, kompüter zərəvericilərinə qarşı daha sistemli mübarizənin aparılmasına imkan verəcək.

 

Milli proqram vasitəsilə ölkəmizin internet şəbəkəsinə nüfuz edən virusların harada yarandığı, kimin yaratdığını, təyinatlı və ya ümumi xarakterli olduğunu müəyyənləşdirmək mümkün olacaq.

 

Hazırda xarici antivirus proqramlarından istifadə edildiyi üçün Azərbaycanda bu məlumatları əldə etmək mümkün deyil.

 

Qeyd edək ki, ilk dəfə cari il martın 14-də "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının İKT İnstitutunda keçirilən tədbirdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov milli antivirusun yaradılması istiqamətində işlərə başlanılması haqda məlumat vermişdi. Söhbət ölkəmizdə kompüter zərərvericilərinə qarşı milli müdafiə platformasının formalaşdırılmasından gedir. Sözügedən proqramın beta versiyasının bu ilin dördüncü rübünün əvvəllərində istifadəyə veriləcəyi gözlənildirdi. Lakin milli antivirus proqramı üzərində tamamlama işləri hələ də başa çatmayıb.

 

Hazırda XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “Malware Lab” adlı xüsusi internet-laboratoriyası faəliyyət göstərir. Agentliyin rəsmi saytında (Cert.gov.az) təqdim olunan platforma virusların analizi üçün spesifik alətdir.

 

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin “Malware Laboratoriyası”nın məqsədi ölkəmizi hədəfə alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.

 

“Malware Lab” özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edir. Xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional səviyyədə məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru - antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama – malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz proqramından ibarətdir.

 

Ceyhun ABASOV

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox