AZ

Hollivud ulduzlarının xəyal kimi avtomobilləri

ed519dd5f8bf05c1a76c0950304a1121.jpg
10.12.2019 22:00

Hollivud məşhurları (aktyorlar və aktrisalar) dünyanın ən varlı insanlarındandır. Onların bəzilərinin o qədər pulu var ki, hara xərcləyəcəklərini bilmirlər. Əslində bu böyük problem olsa da, hətta çoxumuz bu cür problemimizin olmasına razıyıq.

 

Hollivud aktyor və aktrisaları bəzən xeyriyyə tədbirləri təşkil edir, bəzənsə pullarını çılğın əyləncələrə və şoppinqlərə xərcləyirlər. Məşhurların əksəriyyətinin paylaşdığı ümumi tendensiyalardan biri də çox insanın xəyal edə bilməyəcəyi lüks avtomobillər almaqdır. TED.az bu məşhurları və onların avtomobillərini sizə təqdim edir:

 

1. Lindsey Loxan - Porsche Panamera

 

 

2007-ci ildən bəri Lindsey Lohan qalmaqallı xəbərlərlə mediada görünməyə başlayıb. O gah sərxoş və narkotik vasitənin təsiri altında polislərə yaxalanır, gah da qəza törədirdi. Lindsey “Mercedes” və “Porsche” avtomobilləri ilə qəza törətdikdən sonra qalmaqallı keçmişindən geri döndü. Indi isə aktrisa yeni “Porsche Panamera” avtomobili idarə edir. Avtomobilin 100 000 dollar qiyməti var.

 

2. Robert Dauni Junior – Audi R8 Spyder V10

 

 

Alkoqol və narkotikdən yaxa qurtaran daha bir aktyor. “Dəmir adam” filmindəki Toni Stark obrazının müəllifi Robert Daunidən söhbət gedir. Onun çox cəlbedici avtomobil kolleksiyası var. Hətta bəziləri zarafatla deyirlər ki, aktyorun kolleksiyası Toni Starkın öz kolleksiyasından daha zəngindir. Hazırda aktyor “Marvel” ilə daimi əməkdaşlıq edir. Təbii ki, bu da onun pul kisəsinə yaxşı təsir göstərir. Hələ “Dəmir adam” filminin vaxtından “Audi” şirkəti “Marvel”in tərəfdaşıdır. Şirkət Daunini çox bəyəndiyi üçün “Dəmir adam 2”nin çəkilişindən sonra ona “Audi R8 Spyder V10” hədiyyə edib. Xatırladaq ki, Dauni “Hörümçək adam: evə dönüş” filminin təqdimatına da məhz bu avtomobildə gəlib.

 

3. Arnold Şvarsneqer – Hummer H 1

 

 

71 yaşının olmağına baxmayaraq, Şvarsneqer hələ də Hollivudun ən cazibədar kişilərindən biri hesab edilir. Svarsneqer bodibilderlikdən aktyorluğa, ordan da qubernatorluğa keçdi. İndi isə o, yenidən aktyorluğa qayıdıb. Sözsüz ki, qəddar Terminatorun özünə uyğun avtomobili olmalıdır. Aktyor öz “Bugatti Veyron”unu 2,5 milyon dollara satıb. İndi Şvartsneqer “Hummer H1” adlı hərbi avtomobil idarə edir.

 

4. Leonardo Di Kaprio – Fisker Karma

 

 

Leonardo di Kaprio – “Oskar” mükafatına layiq görülmüş ən zəngin aktyorlardan biridir. Məşhur aktyor özünün təbiət sevgisi ilə tanınır. O, mitinqlərdə çıxış edərək qlobal iqlim dəyişikliyi problemlərini həll etməyə çalışır. Di Kaprio Yer sakinlərinin sağlamlığı və rifahını müdafiə edən fond yaradıb. Bütün bunları nəzərə alaraq təxmin edə bilərsiz ki, aktyor elektromobil idarə edir. Di Kaprionun “Fisker Karma”sı 100 000 dollar dəyərindədir.

 

Günay ƏLİYEVA

TED + bölməsindən digər xəbərlər

Daha çox