AZ

Bu ölkə internetin sürətinə görə dünya üzrə BİRİNCİDİR

08eb98bc4c49cfb46c1942750c94940e.jpg
11.12.2019 09:40

“Speedtest” xidmətinin analitikləri 233 provayderdən 62 ölkənin internet qiymətlərini araşdırıblar.

 

TED.az xəbər verir ki, araşdırma nəticəsində dünya ölkələri üzrə internetin sürətinə görə reytinq müəyyən olunub.  

 

Məlumata əsasən, dünyanın orta internet sürəti 70 Mbit/s-dir.

 

Reytinqə görə, dünyada ən sürətli internet Macarıstanda, ən zəif internet isə Tacikistandadır. Macarıstanda internetin sürəti 1 Gb/s-dir. Tacikistanda isə bu rəqəm 1Mb/s-dir.

 

İnternet sürətinə görə Azərbaycan qardaş Türkiyə ilə eyni pilləni tutur, bizdə internetin maksimal sürəti saniyədə 35 Mbit qiymətləndirilir.

 

 

Fatimə ZÜLFİQAR

Dünya bölməsindən digər xəbərlər

Daha çox