AZ

Məşhur idmançı robotla evlənir – FOTOLAR

5dd99ca10bcdada96c3929194b2250d7.jpg
11.12.2019 10:20

Rusiyalı məşhur bodibildinq çempionu Yuri Toloçko robot qadınla evlənir.

 

TED.az xəbər verir ki, bu barədə idmançı özü açıqlama verib.

 

Yuri Toloçko bildirib ki, Marqo adlı robot qadınla evlənəcək. Robot sevgilisi ilə Rusiyada bir televiziya kanalının qonağı olan idmançı evlənmək qərarının ciddi olduğunu bildirib.

 

Dünyanın çox yerindən tənqid mesajları aldığını deyən Yuri Toloçko bu səbəbdən robot sevgilisini estetik əməliyyat etdirib. Onun sözlərinə görə, əməliyyatı həqiqi həkimlər edib və Marqo əməliyyatdan sonra çox dəyişib.

 

O, sevgilisinə söz verib: "Səni heç vaxt məyus etməyəcəm".

 

İnstaqramda hesabı olan Marqo, hətta Qazaxıstanın paytaxtı Nur Sultanda bir iş də tapıb.

 

Marqonun yemək bişirə bilmədiyini deyən Yuri Toloçko onun gürcü mətbəxini çox sevdiyini və ən çox bəyəndiyi yeməyin gürcü xəngəli olduğunu bildirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox