AZ

Resident Evil 3 – ilk treyler nümayiş etdirildi və oyunun çıxış tarixi açıqlandı - VİDEO

d77220e2ed303c329306f3c8ede6413d.jpg
11.12.2019 10:40

Capcom şirkəti PlayStation himayəsi altında keçirilən State of Play tədbirləri çərçivəsində rəsmi olaraq Resident Evil 3-ün remeykini anons edərək ilk treyleri göstərib.

 

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, rolikdə geymerlərə süjet izah edilir - əsas qəhrəman Jill Valentayn zombi virusuna yoluxmuş Rakkun-siti şəhərini tərk etməyə çalışır. 1999-cu ilin orijinalı ilə müqayisədə yeni versiya daha dinamik və kinematoqrafik olmağı vəd edir. Reliz 3 aprel 2020-ci il tarixi üçün PlayStation 4, Xbox One və Steam üzərindəki fərdi kompüter üçün təyin edilib. Komplektə Project Resistance-yə bənzər Left 4 Dead əlavə olunacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox