AZ

Beynəlxalq Bank hansı beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edir? – AÇIQLAMA

6ef8d7d45afe618ad09685e302605f59.jpg
11.12.2019 11:50

 

MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını iki nominasiya üzrə mükafatlandırıb.

 

TED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı “Debit MasterCard” kartlarının sayını ən çox artıran 1-ci bank mükafatına layiq görülüb. Bank “Platinum” kartlarının sayını ən çox artıran bank nominasiyası üzrə də lider olub.

 

“JW Marriott Absheron” otelində keçirilən mərasimdə mükafatlar bank nümayəndələrinə təqdim olunub.

 

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. “MasterCard”, VISA, “American Express”, “Union Pay”, “Diners Club”, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

 

Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda alış-veriş zamanı bankın kartları və POS-terminalları ilə aparılmış ödənişin 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir.

 

Azərbaycan Beynəlxalq Bankı həm də ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik bankdır. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində bankın 782 bankomatı fəaliyyətdədir. Bundan başqa, ölkəmizdəki müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının minlərlə aktiv POS-terminalı müştərilərin istifadəsindədir.

 

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox