AZ

Döyüş meydanının aslanı: Leopard tankı – ARAŞDIRMA

0dce2141623f4972b25f26dcd45b0a46.jpg
11.12.2019 12:06

XX əsrin əvvəllərindən indiyədək tanklar müharibələrdə əsas hücum gücü hesab olunur. Orta əsrlərdəki cəngavərlərin yerini indi bu döyüş maşınları tutub. 100 ildən artıqdır ki, dünya tarixində gedən bütün müharibələrdə sözügedən hərbitexnikaların xüsusi rolu olub. Hazırda az qala bütün ölkələrin hərbi gücü tankların sayı ilə ölçülür desək, yanılmarıq.

 

Bu ağır texnikalar ilk baxışdan bir-birinə bənzəsə də, manevr qabiliyyəti, silahlanması, müdafiəsi, movcud texnologiyaları, zirehi ilə ciddi fərqlər mövcuddur.

 

Qiymətinə görə, reytinq siyahısında ikinci yerdə olan, güc, manevr qabiliyyəti ilə xüsusi seçilən “Leopard 2A7” tankı diqqət çəkir. Almaniya istehsalı olan hərbi texnikanın qiyməti 9,2 milyon dollardır. 67,5 tonluq "döyüş kralı"nın heyəti 4 nəfərdən ibarətdir. 1500 at gücündə V12 mühərrikə sahib tankın sürəti 72 km/saat, birdəfəyə qət edəcəyi məsafə 450 km təşkil edir.

 

 

3-cü nəsil əsas döyüş tankı olan "Leopard 2"-nin dizayn edilməsinə "Kraus-Maffei Wegmann" şirkəti tərəfindən 1970-ci illərin başlanğıcında start verilib. İlk nümunə 1979-cu ildə istehsal olunub. İngiltərə və Fransa xaricində 12 Avropa ölkəsinin silahlanmasında var. Müxtəlif variantları alman ordusu tərəfindən istifadə edilir.

 

Tankın iki inkişaf prosesi var. Leopard 2A4 tipinə qədər olanlar düz qülləyə sahib olduğu halda, Leopard 2A5 variantından etibarən qüllə daha maili formaya sahibdir. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameraya sahibdir. Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə, 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir.

 

Digər göstəricilər aşağıdakı kimidir:

 

 

Zirehi: 3-cü nəsil kompozit, homogen polad ekvivalenti ilə kinetik sursatlara qarşı: 700 mm kumulyativ sursatlara qarşı: 1000 mm

 

Sis bombaları

 

NBC qorunma

 

Aktiv müdafiə: MUSS (quraşdırıla bilər)

 

Zəminə təzyiq: 0.85 kq/sm ²

 

Dalış dərinliyi: 1 m (şnorkelsiz), 4 m (şnorkellə)

 

Xəndək keçmə: 3 m

 

Maneə keçmə: 1.1 m

 

Qalxma bucağı: 30º

 

Yanacaq çəninin tutumu: 900 litr

 

Döyüş radiusu: 340 km (yolda), 220 km (yolsuzluq şəraitində)

 

Atəşi idarəetmə sistemi: EMES-15/FLT-2

 

Optik sistemlər

 

Komandirin optik və idarəetmə sistemi: PERİ-R17

 

Panoramik baxış sistemi: "Carl Zeiss" 2 dəfə və 8 dəfə böyütmə

 

Silahlanma

 

Əsas silahı: 120 mm Rheinmetal “L55” hamarlüləli top

 

Kalibr: 120 mm

 

Lülənin qalxma bucağı: –8º... +18º

 

Üfüqi tuşlama bucağı: 360º

 

Mərminin başlanğıc sürəti: 1800 metr/saniyə

 

Atış tezliyi: 8 atış/dəqiqədə

 

Atəş məsafəsi: 2 km

 

TƏİR “Lahat”: 6 km (sürəti: 285-300 metr/saniyə)

 

Maksimal atəş məsafəsi: 8 km

 

Döyüş sursatı: 42 ədəd

 

Köməkçi silahları: 2 ədəd 7.62 mm “MG3” pulemyotu.

 

Kalibr: 7.62 mm

 

Mərmi: 7.62x51 mm NATO

 

Atış tezliyi: 1000-1300 atış/dəqiqədə

 

Güllənin başlanğıc sürəti: 820 metr/saniyə

 

Atəş məsafəsi: 1.2 km

 

Maksimal atəş məsafəsi: 3.75 km

 

Mərmi sayı: 4750 ədəd

 

Məlumat üçün qeyd edək ki, bu tank Azərbaycan ordusunun silahlanmasında yoxdur. Səbəb kimi, ATƏT-in Azərbaycan və Ermənistana 1992-ci ildən bəri qüvvədə olan silah embarqosunu göstərmək olar.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox