AZ

Mastercard-ın nümayəndəsi: Bu sistemlə valideyn övladına verdiyi pulun necə xərclənməsinə nəzarət edəcək

dcd7f728f07f3b38b96c60d8088bef92.jpg
11.12.2019 13:44

“Azərbaycanda yeni istifadəyə verilən “Smart tələbə kartı” yaxın zamanlarda məktəb və liseylərdə də tətbiq olunacaq”.

 

Bunu TED.az-a açıqlamasında “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

 

Erdem Çakar bildirib ki, smart kart vasitəsilə valideyn övladına verdiyi pulun necə xərclənməsinə nəzarət edəcək: “Bu gün valideyn övladına nağd pul verdikdə, vəsaitin hara və necə xərclənməsinə tam nəzarət edə bilmir. Azərbaycanda yaxın zamanlarda tətbiq ediləcək smart kart vasitəsilə isə bu problem aradan qaldırılacaq. Belə ki, valideynlər smart karta müəyyən bir məbləğ yükləyəcək və o kartdan gün, həftə və ya ay ərzində nə qədər vəsait çıxarılacağına limit qoya biləcək. Eyni zamanda, həmin kartla nağdsız ödənişin haralarda keçərli olacağını da təyin edə biləcək. Məsələn, barda, internetdə, xaricdə keçərli olmamasını, amma məktəb yeməkxanasında, kitab mağazalarında keçərli olmasını müəyyənləşdirəcək”.

 

“Eyni zamanda, “Mastercard”ın dəstəyi ilə tələbələrə verilən “Smart tələbə kartı” da gələn ildən etibarən daha da genişləndiriləcək”, - deyə E.Çakar əlavə edib.

 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox