AZ

Gələn il Azərbaycanda maaş kartı ilə nəqliyyatda gediş haqqını ödəmək mümkün olacaq – AÇIQLAMA

f62be655b895229febedb3336930f727.png
11.12.2019 14:10

 

“Gələn il Mastercard-ın dəstəyi ilə Azərbaycanda kart vasitəsilə nəqliyyat vasitələrində ödəniş etmək mümkün olacaq”.

 

Bunu TED.az-a açıqlamasında “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

 

 

Erdem Çakar bildirib ki, sözügedən sistem bir neçə ölkədə tətbiq olunur: “Azərbaycanda son illər nağdsız cəmiyyət konsepsiyası olduqca inkişaf edir. Bu inkişafa daha bir qatqı isə vətəndaşların maaş kartları ilə NFS texnologiyası əsasında metro, avtobus və qatarda gediş haqlarını ödəməsi olar”.  

 

Zeynəb ƏKBƏR    

TED + bölməsindən digər xəbərlər

Daha çox