AZ

Türkdilli sahibkarlar üçün ortaq biznes portalı yaradıldı

fddcada17f7a6627738070f7dae570ca.png
11.12.2019 14:40

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri arasında fiziki, bürokratik və ünsiyyət maneələrinin aradan qaldırılması məqsədilə “Turkic Business Portal” istifadəyə verilib.

 

TED.az xəbər verir ki, sahibkarlarımızın bu portalda fəal iştirak etməsinə nail olmaq məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası üzv dövlətlərilə ciddi iş aparır.

 

Platforma heç bir vasitəçi olmadan KOB-lar arasında sürətli əlaqə yaratmağa və hazırda mövcud olan vahid veb-portal çərçivəsində müxtəlif mənbələr arasında bölüşdürülən məlumat, ticarət potensialı və fəaliyyətləri toplamağa imkan verəcək. Bu yolla Türk Şurasına üzv dövlətlərin sahibkarları arasında ünsiyyətin asanlaşdırılması və müvafiq məlumatların mərkəzləşdirilmiş qaydada alınması təmin ediləcək. Nəticə etibarilə ölkələrimiz arasında ticarət əlaqələrinin sürətinin və həcminin artmasına böyük kömək edəcək.

 

Portala bu LİNK vasitəsilə daxil ola bilərsiniz.  

TED + bölməsindən digər xəbərlər

Daha çox