AZ

Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçilib, 5,3 milyon avro mükafat alıb

f7136cbd746c0dcd30ab38f8743eb6ac.jpg
11.12.2019 14:47

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.

 

TED.az-ın məlumatına görə, bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilib ki, fond tərəfindən, ümumilikdə dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon avro) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.  

 

Qeyd edək ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda Danimarka Başağrısı və Nevrologiya mərkəzinin və İnsan Miqren Araşdırmaları mərkəzinin rəhbəridir.

TED + bölməsindən digər xəbərlər

Daha çox