AZ

Ölümsüzlük həbləri: Google-un tibb sahəsində layihələri haqqında nə bilirik...

e8646ff55f6d0fd438995567f5f643cc.jpg
11.12.2019 15:00

Google tibb sahəsinə çox maraq göstərir. Payızın son günlərində şirkətin Fitbit-i 2,1 milyard dollara satın alması barədə şayiələr yayıldı, sonra ortaya çıxdı ki, Google yeni xidmətdən istifadə edərək razılıq almadan amerikalı xəstələrin tibbi məlumatlarını gizli şəkildə toplayır. Mütəxəssislər hesab edir ki, şirkət səhiyyənin inkişafına sərmayə yatıran, bazarda ən populyar “Apple Watch” ağıllı saatlar istehsal edən Apple ilə ciddi rəqabət aparmağı planlaşdırır. Ancaq Google-un ambisiyalarının  elektronika bazarından daha çox uzağa getməsi mümkündür.

 

Hər halda, şirkətin tibb sahəsində inkişafları ilə bağlı bilinənləri bir araya gətirsək görünən budur ki, Google-un istəyi ölümsüzlük deyilsə, bəşəriyyətin sağalmaz xəstəliklərdən müalicəsi, həkimlər və xəstələrin qarşılıqlı əlaqəsi üçün vahid təhlükəsiz məkanı yaratmaqdır.

 

Sizin üçün Google-un səhiyyə layihələri haqqında bildiklərimizi topladıq.

 

Ağıllı qaşıqlar, linzalar və robot cərrahlar: Google-un bioloji tədqiqat idarəsi nə işlə məşğul olur?

 

Alphabet - Verily Life Sciences-in bioloji tədqiqat şöbəsi Google Life Science-in tədqiqat layihəsindən böyüyərək 2015-ci ildə Google X-ın qanadı altından çıxdı. Layihənin veb-saytında deyilir ki, tibbi məlumatların toplanması və təşkili üçün vasitələr yaradır, onların əsasında bu məlumatlarla işləyə biləcək həll yolları və platformalar hazırlayır. Verily müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçün qacetlər inkişaf etdirməklə yanaşı, araşdırmalar aparır.

 

 

Verily-nin ən məşhur layihəsi diabet xəstələri üçün olan kontakt linzalardır. Onlar 2014-cü ilin əvvəlində elan edilməsinə baxmayaraq, o vaxta qədər bir il yarım idi ki, layihə artıq mövcud idi. Google-un düşündüyünə görə, linzalar saniyədə bir fasilələrlə göz yaşlarında şəkərin miqdarını təyin edib diabet xəstələri üçün digər nəzarət metodlarını əvəz etməli idi. Lakin 2018-ci ildə layihə bağlandı.

 

Startap öz növbəsində tək olmadığına baxmayaraq, göz yaşı analizinin nəticələrinin qandan çox fərqli olduğu bildirildi. Ona görə də, yaxın gələcəkdə komanda görmə problemləri olan diabetli insanlar üçün digər "ağıllı" həllərə diqqət göstərəcək.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsinin hər 11-ci sakinində diabet var. Deyilənə görə bu, kasıbların xəstəliyidir - normal, sağlam qida əldə etmək imkanı olmayan insanlar diabetə yoluxur. Və kasıbların ağıllı linzalar kimi bahalı oyuncağı ala bilməsi ehtimalı isə azdır.

 

Linzalardan fərqli olaraq, Verily-nin "ağıllı" Liftware qaşığı insanlar üçün əlçatan oldu. Akselerometrlə təchiz olunan cihaz vasitəsilə qaşıq əl titrəyişlərini neytrallaşdıra bilir (hədəf auditoriyası - Parkinson xəstəliyi olan insanlar və s.). Bu startap Lift Labs tərəfindən hazırlansa da, sonra Google tərəfindən alındı. Əsas Liftware dəsti hələ də 195 dollara layihənin veb-saytında mövcuddur, baxmayaraq ki, əvvəlcə daha yüksək qiymət elan edilmişdi.

 

Bundan əlavə, Verily yaş hesabına qazanılan uzağı görə bilmə və katarakt əməliyyatı keçirənlər üçün hazırlanmış "ağıllı" linzalar, aritmiyanı aşkar edən sensorlar, ağıllı saatlar, qan qlükoza sayğacları və s. üzərində işlər aparıb.

 

Ayrıca, bölmə çərçivəsində nanotexnologiyadan istifadə edərək, xərçəngin erkən aşkarlanması üçün tibbi platformanın yaradılması üzrə layihə həyata keçirib. 2015-ci ildə süni dərinin prototipi, həmçinin xərçəng hüceyrələrinin mövcudluğunu təyin edən nanohissəciklərdən ibarət dərman yaratmaq mümkün oldu. Hazırda texnologiya, bu markerlərin insan bədənində olub-olmadığını müəyyən etmək üçün xüsusi cihazlardan istifadə etməyə imkan verir.

 

Bu yaxınlarda Google Health bölməsi kamera istifadə edərək, 26 növ dəri xəstəliklərini aşkarlayan alqoritm təqdim etdi. O, melanoma və digər xərçəng növlərinə yüksək dəqiqliklə diaqnoz təyin edir.

 

2015-ci ildə Johnson&Johnson ilə birlikdə (cərrahi avadanlıqla məşğul olan bölmə də daxil olmaqla) Verily avtomatlaşdırılmış cərrahi platforma yaratmaq üçün Verb Surgical cərrahi layihəsinə başlamışdır: Johnson&Johnson ilə  cərrahi avadanlıq təcrübəsi, Verily Alphabet-də isə robototexnika sahəsi. Ancaq bu gün robot əməliyyatları artıq xəbər deyil, robotlar insanların nəzarəti altında əməliyyatlar edir. Əməliyyatların edildiyi ən məşhur Keys - da Vinçi robotudur.

 

2016-cı ildə Verily və İngilis dərman nəhəngi GlaxoSmithKline arasında ortaq layihə haqqında məlumat yayıldı. Layihə Alphabet və Coldrex-dən yeddi il ərzində xroniki xəstəliklərlə mübarizəyə kömək edəcək bioelektron implantları inkişaf etdirmək üçün 715 milyon dollarlıq investisiya alacaq. Elektrik impulslarının köməyi ilə sinir impulslarını dəyişdirəcək və bununla da, insan sağlamlığına təsir edəcək kiçik qurğular yaradılacaq. İlk nümunələr 2023-cü ildə ortaya çıxacaq.

 

 

2017-ci ildə Verily Stanford Universiteti ilə birlikdə 4 illik daşınan elektronika sayəsində insanların sağlamlığını araşdıran proqrama başlayıb. Proqramda 10000 nəfər iştirak edir. Tədqiqatın köməyi ilə şirkət daşınan elektronika hesabına genetik testlər apararaq insan sağlamlığını yaxşılaşdırmaq məqsədilə öyrənməyi planlaşdırır. İlk mərhələlərdə şirkət izləyici qeydlərini, genetik məlumatları və layihə iştirakçılarının tibbi tarixini birləşdirən bir platformada çalışdı. Layihənin başlaması Amerika mediasında geniş şəkildə işıqlandırıldı. İnsanların həyat tərzini və bədənin vəziyyətini daim izləmək, şirkətin fikrinə görə, insanların xəstəliklərə necə yoluxduğunu və bununla əlaqədar nə edilə biləcəyini anlamağa kömək edəcək. Xüsusilə vacib olanı - layihədə müxtəlif sosial-iqtisadi təbəqələrdən, müxtəlif yaş və irqdən olan insanlar iştirak edirlər.

 

Ölümlə mübarizə: Calico layihəsi

 

2013-cü ildə Google maşın öyrənmə və təbii dillərin işlənməsi üzrə şirkətin rəhbəri Rey Kurzveyl ABŞ-da Global Future 2045 World Congress-də çıxış edib. Çıxışında növbəti 15 il ərzində bəşəriyyətin keçən əsrdən daha uzun müddətə həyat artıra biləcəklərini təklif etdi. Bu, 3D çap və hüceyrələrin yenidən proqramlaşdırılmasının köməyi ilə olacaq.

Elə həmin il Google ömrün uzadılması ilə məşğul olan Calico layihəsinin yaradıcılarından biri oldu. "Calico – uzunömürlüyü idarə edən biologiya haqqında anlayışımızı inkişaf etdirmək üçün qabaqcıl texnologiyadan istifadə etmək məqsədi daşıyan elmi-tədqiqat şirkətidir. Biz bu bilikdən insanların daha uzun və sağlam həyat sürməsinə imkan verən tədbirləri inkişaf etdirmək üçün istifadə edəcəyik", - deyə layihənin veb-saytında deyilir.

 

Calico veb-saytında şirkətin elm adamlarının uzunömürlülük haqqında genetik tədqiqatları, xroniki stressin orqanizmə təsirinin qarşısını alması, müxtəlif xərçəng növləri ilə mübarizə, hüceyrələrin ölümünə mane olan "keçid açarı" və digər sahələr var. Calico, xüsusilə araşdırmalarda tərəfdaşlıq üçün açıqdır.

 

Bütün tibbi məlumatlar bir yerdə: Deepmind Health

 

Deepmind şirkəti 2010-cu ildə ortaya çıxıb, 2014-cü ildə Google tərəfindən alındı, lakin müstəqil olaraq saxlanıldı. Deepmind tərəfindən yaradılan Alpha Go alqoritmi insanı eyniadlı oyunda məğlub etdikdən sonra 2016-cı ildə fəal şəkildə müzakirə səbəbkarı oldu. Lakin bu, şirkətin Oksfordun ən yaxşı süni intellekt mütəxəssislərinin işlədiyi yeganə layihəsi deyil.

 

2016-cı ildə Health bölməsi yaradıldı. Bölmənin vəzifəsi, xəstələrlə işləyərkən məlumatların təhlükəsizlik vasitələrinin - platforma, bulud anbarı, xəstələrin reseptlərə necə əməl etdiklərini izləyə biləcəyi klinikalar üçün mobil tətbiqetmənin yaradılması idi. Gec-tez tibbi məlumatların rəqəmsallaşdırılacağı və buludlara keçəcəyi faktı əvvəldən aydın idi.

 

Deepmind, həmçinin xərçəng müalicəsi, görünüş analizi, fəsadların proqnozlaşdırılması və s. sahəsində tədqiqat layihələri ilə məşğuldur. Layihələrin həyata keçirilməsində tərəfdaş İngiltərə Milli Sağlamlıq Sistemi, həmçinin İngiltərə klinikaları oldu.

 

2019-cu ilin payızında Deepmind-in tibb bölməsinin süni intellekt şirkətləri Alphabetin qanadı altına keçdi. Satınalma dəyəri 500 milyon dollar dəyərində qiymətləndirilir, inteqrasiya 10 ay çəkdi. Müqavilənin şərtlərinə əsasən, Britaniya həkimləri ilə əməkdaşlıq Google Health nəzarəti altında davam edəcək. İndi bütün bu layihələr haqqında Google Health saytında oxuya bilərsiniz.

 

Pulsuz tibb müqabilində şəxsi məlumatlar

 

Bu ilin noyabr ayında məlum oldu ki, Google gizli şəkildə dünyadakı ən böyük qeyri-kommersiya səhiyyə təşkilatı olan Ascension-dan amerikalıların şəxsi tibbi məlumatlarını alır. Buraya ABŞ-dakı 150 xəstəxana və tibb təşkilatları daxildir.

 

Forbes-in məlumatına görə, Nightingale adlı layihə bu ilin fevralında başlayıb. Söhbət xəstələrin tibbi məlumatlarını təhlil etmək üçün bir xidmətin sınağından gedir. Bununla yanaşı, xidmət həkimlərə xəstələrin sağlamlığı, əvvəlki tibbi müdaxilələr, alınan dərmanlar və s. əldə etməyə imkan yaradır.

 

Fitbit: tortun üzərindəki albalı

 

İlk baxışda, Fitbit Google-un portfoliosundakı Motorola və ya HTC kimi qolsuz çamadana bənzəyir. Şirkətin qacet xətti baxımından bəxti gətirmir. Google şansını sınamaq və dünyanın ən böyük ağıllı saat istehsalçılarından biri olmaq qərarına gəlib? Çox güman ki, yox.

 

2017-ci ildə Fitbit-in iş səviyyəsi aşağı düşmüşdü. Samsung və Apple həssas smart-saatlarını yaxşılaşdırdılar, eyni zamanda Xiaomi bazarı büdcə ağıllı bilərzikləri ilə təmin etdi. Fitbit durğunlaşdı, çünki yeni modellərin texnoloji imkanları o qədər də böyümür, lakin baha başa gəlirdi. Ancaq bir kiçik təkan şirkətin taleyini dəyişdirdi. Fitbit sığorta, tibbi və digər təşkilatlarla əməkdaşlığa keçdi.

 

Google ehtimal ki, bu hekayədə ağıllı saat bazarında Apple ilə mübarizə aparmaq üçün dəmir biznesi ilə o qədər də maraqlanmır, o, platformada və 10 ildən çox müddətdə yığdığı milyonlarla istifadəçinin məlumatları ilə maraqlanır. Bu, dörd illik araşdırmada iştirak edən 10000 istifadəçidən daha çoxdur.

 

Nəticədə

 

Hələki FDA (dünyanın çox hissəsinə təsir edən ABŞ qida və dərman idarəsi) süni intellektə diaqnoz qoymağa və elektronikanın tibbi məsləhətçi kimi fəaliyyət göstərməsinə imkan verməyə tələsmir. Ancaq bu zamanın heç vaxt gəlməyəcəyi anlamına gəlmir. Zaman gəldikdə isə Google insan bədəninin quruluşu haqqında maksimum məlumat əldə edənlərdən olacaq, həyat tərzinin müxtəlif cəhətlərinin sağlamlığa və müddətə təsirini hərtərəfli dərk edəcək, xəstəlikləri ayırd edə biləcək, verilənlər bazası ilə işləməyi bacaracaq, buludlarında çoxlu miqdarda məlumat saxlayan və həkimləri xəstələrlə bağlayan, bundan əlavə, hər cür "ağıllı" tibbi avadanlıqlar düzəltməklə hazırlıqlı olacaq. Kiçik addımlarla şirkət artıq metodik olaraq hədəfinə doğru irəliləyir.

 

                                                                           Şəfiqə Rəşid

Elm bölməsindən digər xəbərlər

Daha çox