AZ

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

b6daee23bbbd924e4e4a1c5ad1760cbe.jpg
11.12.2019 15:10

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

 

Bu barədə TED.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

 

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox