AZ

Jaguar şirkəti I-Pace-in batareya ehtiyatını artırdı

0f265693d643d30c597d3fdce9aa699a.jpg
11.12.2019 15:35

 

Britaniyanın Jaguar avtomobil şirkəti Jaguar I-Pace elektrik krossoveri üçün proqram təminatının dəyişdiyini elan edib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, atomobil eyni texniki xarakteristikalarda daha çox güc, eləcə də daha cəlbedici elektrik dartma ehtiyatı verə bilər. Göstərilən nəticələrə nail olmaq hər iki oxda yerləşən mühərriklər arasında qüvvələrin yenidən bölüşdürülməsinin köməyi ilə mümkün olub. Şirkət nümayəndələri də dəyişikliklərin yeni krossoverin aerodinamik parametrlərinə toxunduğunu qeyd ediblər.

 

Həmçinin təkmilləşdirilmiş təkrar əyləc sistemini qeyd etmək lazımdır. Xatırladaq ki, Yeni I-Pace elektrik krossoveri 470 kilometr batareya ehtiyatı alıb.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox