AZ

Vüsal Hüseynov: İnnovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır

9795e41e47e12e5fbf7c7bc8b6fd1390.jpg
11.12.2019 15:55

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı ilə görüş təşkil edib.

 

TED.az-a verilən məlumata görə, diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

 

Görüşdə V.Hüseynov Dövlət Miqrasiya Xidmətinin missiyası və məqsədləri, bu sahədə görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib. O bildirib ki, ölkədə həyata keçirilən miqrasiya siyasətinin əsas prioritet istiqaməti bütün tərəflərin – istər dövlət və özəl sektor, istərsə də əcnəbilərin və vətəndaşların yararlanmasını təmin etməkdir: “Bu məqsədlə normativ hüquqi bazanın daha da təkmilləşməsi, xidmətlərin əlçatan, şəffaf, səmərəli və keyfiyyətli olmasının təmin edilməsi, innovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Məhz normativ bazanın və göstərilən xidmətlərin təkmilləşməsində Məşvərət Şurasının təklifləri nəzərə alınır. Xüsusilə biznes forum, işgüzar nahar və görüşlərin təşkili bu istiqamətdə nailiyyətlərin əldə olunmasına öz töhfəsini verir”.

 

Xidmət rəisi qeyd edib ki, Dövlət Miqrasiya Xidməti “ASAN xidmət indeksi” üzrə son iki ildə ən yüksək nəticəni göstərib (68,98% və 83,81%).

 

Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi sualları və müraciətləri cavablandırıb.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox