AZ

Azərbaycanda ilk BioPlastik zavodu tikiləcək – illik gəliri ən azı 110 milyon avro olacaq

b1f8f7ff4736f40e8e61812bbc2a8dc1.jpg
11.12.2019 16:40

Azərbaycanda 150 milyon avro maya dəyərində ilk BioPlastik zavodu tikiləcək.

 

TED.az xəbər verir ki, bu gün İnnovasiyalar Agentliyinin dəstəyi ilə "TechnipFMC" və “Yeni Kapital” şirkətləri arasında “PLA” layihəsinin tikintisi üçün ilkin müqavilə imzalandı. Sənədi İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli, "TechnipFMC" şirkətinin prezidenti Marko Villa və "Yeni Kapital" şirkətinin CEO-su Kənan Nəcəfov imzalayıb.

 

 

Layihənin tikintisi İnnovasiyalar Agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında nəzərdə tutulur. Layihəyə vergi və gömrük güzəştləri təmin ediləcək. Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq insan mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən artıq olacaq.

 

"PLA" layihəsi sayəsində ölkəmizə hər il 100 mln avrodan çox valyuta daxil olması gözlənilir. Layihənin illik gəliri ən azı 110 milyon avro olacaq. Qoyulan investisiyanın isə 5 il müddətinə qaytarılması nəzərdə tutulub.

 

"PLA" layihəsi üçün tikiləcək zavodun maya dəyəri 150 milyon avro təşkil edir.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox