AZ

Samsung Display-də 5G smartfonlarına ümid edirlər

2e3ad37a6836c50a61535e6ba2043d90.jpg
11.12.2019 17:20

 

OLED panel bazarının 86%-i Samsung Display şirkətinə məxsusdur

 

OLED panellərinin dünya üzrə əsas tədarükçüsü olan Samsung Display şirkəti bu məhsulların satış həcminin artımasını 5G şəbəkəsini dəstəkləyən smartfonlara tələblə əlaqələndirir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, smartfonlar üçün OLED panelləri mobil cihazlarda oyun və video izləmək üçün yaxşı olduğundan onlara yüksək tələbat var. OLED texnologiyası qısa cavab müddəti, aşağı enerji istehlakı və üstün görüntü keyfiyyətini təmin edir. Samsung Electronics, Apple, Huawei, Oppo və Vivo daxil olmaqla smartfon istehsalçıları əsasən flaqman modellərində OLED panellərindən istifadə edirlər.

 

IDC analitik şirkətinin mütəxəssisləri 5G smartfonlarının tədarükünün il ərzində 17 dəfədən çox artacağını gözləyirlər: bu rəqəm bu il 11 milyon ədəddən gələn il 190 milyon ədədə qədər olacaq. Onlar, həmçinin 2023-cü ildə 540 milyon ədəd 5G smartfon tədarükünün əldə olunacağını proqnozlaşdırırlar ki, bu da smartfon tədarükünün 31%-nə bərabər olacaq.

 

IHS Markit konsaltinq şirkətinin məlumatına görə, Samsung Display şirkəti hal-hazırda OLED panellərinin dünya bazarının 86%-ni tutur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox