AZ

Yeni Xiaomi printerində çap olunan şəkillər canlandırıla bilər

cd337c34f2afc9757aa36eddddae2260.jpg
11.12.2019 17:50

“Xiaomi Youpin” yeni printer istehsal edib. TED.az xəbər verir ki, printer fotoşəkilləri üzərinə AR etiketləri qoyaraq çap edə bilir.

 

Printer bir dəqiqə ərzində 300 piksel qətnamə ilə 6 düymlük fotoşəkillər çap edə bilir. Çap olunan fotoşəkillərin üzəri solğunlaşmanın, oksidləşmənin, su sıçramalarının və barmaq izi ləkələrinin qarşısını avtomatik şəkildə alır. Foto-printer müxtəlif əlaqə seçimlərini və çap üsullarını dəstəkləyir.

 

 

 

Şəkillər çap edilərkən onlara xüsusi AR etiketləri tətbiq olunur. Şəkillərin skan edilməsi prosesini smartfonun və ya planşetin ekranında izləmək də mümkündür. Çapdan əvvəl şəklə lazımi materialları əlavə etmək mümkündür. Sonra şəkilləri istədiyiniz dostlarınızla paylaşa bilərsiz.

 

“Jiyin Gramophone” printeri 205x124.6x85.4 mm ölçülərində və 1,4 kq ağırlığındadır. Tam enerji yığdıqdan sonra printer təxminən 40 ədəd foto çap edə bilər.

 

Cihazın qiyməti təxminən 100 dollardır.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox