AZ

Teslanın Almaniyadakı zavodu ildə 500 min elektromobil istehsal edəcək

c2d74ea34d105f481e6d738cad736b4b.jpg
11.12.2019 21:00

 

Tesla Berlinin ətrafındakı yeni zavodunda ildə 500 min elektrik avtomobil istehsal etməyi planlaşdırır. Daha əvvəl İlon Mask Qrünhaydda tikiləcək zavodda “Tesla”nın “Model 3” və “Model Y” avtomobillərinin istehsal ediləcəyini demişdi.

 

TED.az “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadən xəbər verir ki, zavoda 4 milyard dollar investisiya qoyulacağı açıqlanıb.

 

Yeni tikiləcək zavodda 10 min nəfər işçinin fəaliyyət göstərəcəyi deyilir. Zavodun ərazisi təxminən 420 futbol meydançasının sahəsinə bərabər olacaq. Tikintinin 2020-ci ildə başlanacağı bildirilir.

 

Qeyd edək ki, istehsalçı şirkət təfərrüatlar haqqında hələ ki məlumat vermir.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox