AZ

Tural Kərimli: BioPlastik zavodunda istehsal olunan bütün məhsullar eksport üçün daha əlverişli olacaq

009ed0e6d8a34afaf95a34f54f0af5d0.jpg
11.12.2019 17:53

"Azərbaycanda ilk dəfə olaraq 150 milyon avro dəyərində ilk BioPlastik zavod tikiləcək. Zavod İnnovasiyalar Agentliyinin tərkibində olan və Pirallahıda yerləşən Yüksək Texnologiyalar Parkında inşa ediləcək. Zavodun tikintisinin 2 il müddətində başa çatacağı gözlənilir".

 

TED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli deyib.

 

Tural Kərimli bildirib ki, bu "PLA” layihəsi çərçivəsində sənaye layihəsi olmaqla yanaşı, yüksək texnologiyaların istehsalını nəzərdə tutan, həmçinin kənd təsərrüfatı məhsullarının akselerasiyasına təkan verən bir layihədir: "Layihə çərçivəsində 1000-ə qədər kənd təsərrüfatı məhsullarına dair yeni iş yerlərinin açılması nəzərdə tutulub".

 

"Zavodun Pirallahıda yerləşən Yüksək Texnologiyalar Parkında tikilməsi də təsadüfi deyil. Çünki İnnovasiyalar Agentliyinin rezidentləri vergi və bir sıra başqa güzəştlər əldə edir. Sözsüz ki, layihə çərçivəsində istehsal olunan bütün məhsullar eksport üçün daha əlverişli olacaq", - deyə agentliyin sədri əlavə edib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox