AZ

NASA-nın bizdən sirr kimi saxladığı faktlar nələrdir?

14b56b994393f4933daa5b942185dff2.jpg
11.12.2019 22:00

 

Yerdə həyatın mövcud olduğu vaxtdan bu yana insanlar bir çox sirlərin üstünü açmağa çalışıblar. Bu maraqları doğrultmaq üçün illər boyu tədqiqatlar aparılıb, müxtəlif məlumatlar əldə edilib. Tarixin bütün dövrlərində marağa səbəb olan və diqqətləri üzərinə çəkməyi bacaran mövzu isə kosmosdur. Bu sirli aləmi öyrənməyə çalışan “NASA” dəfələrlə kosmosa tədqiqat raketləri göndərib.

 

Lakin bir qrup insan “NASA” işçilərinin “qara qüvvələr”ə xidmət etdiyini söyləyirlər. “NASA”nın gizli saxladığı bir neçə fakt bizi bu insanların haqlı ola biləcəyi barədə fikirləşməyə məcbur edir. TED.az həmin faktları sizə təqdim edir:

 

1.2012-ci ildə “NASA” Kaliforniyadakı mərkəzlərinin birində konfrans keçirdi. Bu konfransda şirkət işçilərindən birinin qolunun altındakı şəkil hamının diqqətini çəkmişdi. Şəkil insanlarda belə bir fikir oyatdı ki, yadplanetlilər dünyanı mütəmadi olaraq ziyarət edir və “NASA”  bundan xəbərdardır. Hətta bəzi insanlar bu ziyarətlərin 100 illər boyu davam etdiyini, “NASA”nın isə dünyanın və dinlərin ahənginin pozulacağını düşünərək, bu məlumatları gizlətdiyini dedilər. Şəkildəki dördkünc binalar bizim görməyə adət etdiyimiz Aydakı qayalardan çox fərqli idi. Bu obyekt daha çox Ayda tərk edilmiş yadplanetli binasına bənzəyirdi. “NASA”nın bu iddiaları təkzib etməsi ilə insanlar düşünməyə başladılar ki, tədqiqatçıların  Aya geri dönməməsinin səbəbi də məhz bu binalardır. Hətta bu binanın onlarla bənzəri olduğunu söyləyənlər də var. Bəziləri bunun raket üçün uçuş nöqtəsi, başqaları isə sadəcə şəklin üzərinə qoyulmuş kiçik sim kart olduğunu düşünürdülər. Amma dəqiq məlumat hələ də əldə edilməyib.

 

2. Paul Soks “Slooth” adlı teleskop servisinin aktiv istifadəçisidir. Servis insanlara kompüterlə canlı yayım etmək imkanı verir. Bura həvəskar və peşəkar astronomlar üçün görüş nöqtəsidir. Saytda canlı yayım açmaq və izləmə imkanı onu kosmos mütəxəssisləri arasında populyar edib. Belə canlı yayımların birində qara bir nöqtə insanların diqqətini çəkir. Hamı bunun əslində Merkuri planeti olduğunu düşünürdü. Paul isə bunun əksini söyləməyə başladı. O, nöqtənin əslində ikinci kiçik Günəş olduğunu iddia etdi.

 

Məntiqlə düşünən zaman belə bir qərara gəlirsən ki, “NASA” belə bir şeyi gizlətmək əvəzinə aşkara çıxarıb uğur kimi təqdim edə bilər. Çünki “NASA”ya ayrılan vəsait kəşflərdən asılı olaraq dəyişir. Lakin Paul “Planet X” adlandırdığı başqa bir planetin var olduğu iddiasının üzərində dayanır. Hətta o deyir ki, bu planet bir gün Günəşin arxasından çıxıb planetimizlə toqquşacaq. Paulun əlində hansı faktların olduğunu bilmirik, amma onun fikirlərini dəstəkləyən xeyli sayda adam var.

 

3.Başqa bir fakt  keçmiş “NASA” əməkdaşının iddiasıdır. Adını gizli saxlayan, sadəcə “Ceki” kimi tanınan kosmik tədqiqatçı Marsda yaşamın olduğunu deyirdi. O, kosmosa səyahətlərinin birində kosmonavt paltarı geyinmiş iki insanabənzər varlıq gördüyünü söyləyirdi. “Ceki” deyirdi ki, Marsa endikdən sonra bu varlıqlar kosmik raketin ətrafında gəzinirdilər. Bu xəbərdən sonra bütün dünyadakı kosmiik tədqiqatçılar bir-birinə dəydi. Onlar Marsda həyatın olmadığını və bu varlıqların əslində “NASA” işçiləri olduğunu dedilər. Lakin başqa bir qrup insan bunların əslində yadplanetli olduğunu və bu faktın gizlədildiyini iddia etdilər.

 

 

Bütün bunlarla yanaşı, “Ceki” iddia edirdi ki, “NASA” əməkdaşları onun Marsda çəkdiyi videogörüntünü ələ keçirib, özünü isə pəncərələrinə kağız yapışdırılmış qaranlıq bir otaqda saxlayıblar. Lakin bunun “NASA”nın hansı əməkdaşlarının etməsi və “Ceki”nin bunu danışmaq üçün niyə 27 il gözləməsi müəmmalıdır. Digər tərəfdən həmin vaxt “Ceki” ilə bərabər kosmosda olan insanlardan heç kəsin belə bir hadisənin yaşanması barədə danışmaması bu iddianı şübhə altına salır.

 

4.”NASA”nın Şimal qütbündə gizli mərkəzinin olması iddiası da mövcuddur. Bilirik ki, Şimal və Cənub qütbləri kosmosa daxil deyil. Havanın çox soyuq olması səbəbindən oraya səyahət etmək də həddindən artıq çətindir. Qütblərin aydın görüntülərinin olmaması bu bölgələr haqqında mübahisəli fikirlərin yaranmasına təkan verir. İddia edənlər var ki, Şimal qütbündə “NASA”nın hamıdan gizlətdiyi bir mərkəzi var və burada ikinci Günəşin kəşfinə dair işlər aparılır.

 

5. Sonuncu iddia “NASA”nın 2016-cı ildə yaydığı görüntüdən sonra meydana çıxdı. Canlı yayım zamanı dünya atmosferinə tərəf hərəkət edən gizlin bir obyektin görülməsi dünyanı təşvişə saldı. Bu obyektin görülməsindən dərhal sonra yayım tələsik şəkildə sonlandırıldı. Obyektin UNO-ya bənzədiyi açıq-aşkar görünürdü. Bəzi insanlar bunun “NASA”nın təlim vasitəsi olması fikrini müdafiə etsələr də, yayımın bu formada bitirilməsi şübhələrin yaranmasına əsas verirdi. Amma “NASA” bu mövzuda heç bir açıqlama vermədi.

 

Günay ƏLİYEVA

 

TED + bölməsindən digər xəbərlər

Daha çox