AZ

Tam elektrik enerjisi ilə işləyən təyyarə ilk dəfə səmaya qalxdı

280479965dab64d7c106a3d8ccf503b5.png
11.12.2019 19:00

 

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tam elektrik enerjisi ilə işləyən təyyarə sınaq uçuşu edib.

 

TED.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Harbour Air Seaplanes” şirkəti məlumat yayıb.

 

Bildirilib ki, uçuş Şimali Amerikada ən böyük hidroplanların istehsalı üzrə ixtisaslaşmış “Harbour Air” və elektrik aviasiyası sahəsində inqilab etmiş “MagniX” şirkətlərinin birgə fəaliyyəti nəticəsində mümkün olub.

 

Hava gəmisi hələlik ticarət məqsədi ilə istismara buraxılıb.

 

Qeyd edək ki, sınaq uçuşu edən təyyarənin mühərriki 750 at gücünə malikdir. Təyyarəni “Harbour Air” şirkətinin baş direktoru Qreq Makduqall idarə edib.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox