AZ

Haval H6 GT idman krossoverinin satışına başlandı

db61062314af63433cc5273d0f325f7e.jpg
11.12.2019 23:40

Cənubi Koreyanın Haval konserni Haval H6 GT krossoverinin idman modifikasiyasının satışa hazır olduğunu bildirib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin rəsmi təqdimatı bu yaxınlarda Quançjou şəhərindəki avtosalonda keçirilib. Yeniliyi almaq istəyənlər artıq ilkin sifarişlərdən istifadə edə bilərlər, lakin tezliklə Haval H6 GT yerli dilerlərə çıxacaq. Baza komplektləşmədə dizayn üzrə əsas fərq kuzanın üzərindəki tünd örtük, rənglənmiş disklər, tündləşdirilmiş işıq diodu optikasıdır.

 

Texniki xarakteristikalara gəldikdə isə burada 224 at gücünə malik 2 litrlik turbinləşdirilmiş mühərrik quraşdırılıb. Haval H6 GT krossoveri yeddipilləli avtomatik transmissiya və tam sürücü sistemini alıb. Yenilik, həmçinin genişlənmiş təhlükəsizlik sistemləri və təkmilləşdirilmiş multimedia mərkəzinə malikdir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox